Litva prezidenti Gitanas Nausedanın Alenia C-27J Spartan təyyarəsinin enməsinə mane olan pilotsuz uçuş aparatı reklam məqsədilə istifadə edilib.
“Alınan məlumatlara görə, pilotsuz uçan aparat reklam məqsədilə havaya qaldırılıb. Bu, müəyyən edilmiş vaxt məhdudiyyəti pozulmaqla həyata keçirilib”, – nazirliyin açıqlamasında bildirilir.
Bir neçə saat əvvəl Delfi xəbər vermişdi ki, Nausedanın təyyarəsi hava limanı yaxınlığında pilotsuz uçuş aparatı ilə bağlı xəbərlərə görə dərhal Vilnüsə enə bilməyib. Təyyarə təxminən 30 dəqiqə hava limanı üzərində dövrə vurub.