Litva Seymi (parlamenti) Rusiya ilə mülki, ailə və cinayət işlərində hüquqi yardım və münasibətlər haqqında sazişi ləğv etmək qərarına gəlib. TASS xəbər verir ki, bu qərarın lehinə 93 deputat səs verib, yalnız 5 deputat bitərəf qalıb.
Ədliyyə naziri Evelina Dobrovolskinin sözlərinə görə, bu qərara “Rusiyanın apardığı təcavüzkar siyasət” təsir edib.
“Belə bir tədbir təcavüzkar ölkə ilə hüquqi təmasları minimuma endirməyə kömək edəcək”, – Dobrovolska bildirib.
Mənbə: TASS