Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək qərarı fonunda NATO-nun Baltikyanı ölkələrin müdafiə planlarını təkmilləşdirməli olduğunu deyib.
Onun sözlərinə görə, NATO-nun müdafiə planlarında indiki vəziyyətə oxşar vəziyyətlər nəzərdə tutulmayıb.
“Sual budur ki, siz sülh dövründə nə edirsiniz? Putinə hansı mesajı göndərirsiniz? Təəssüf ki, hələ bir mesajımız yoxdur” dedi.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Belarusda Rusiya nüvə silahlarının yerləşdirilməsi müvafiq qurğuların hazırlanması başa çatdıqdan dərhal sonra başlayacaq. O, bu barədə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündə bildirib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiya Belarus ərazisində qeyri-strateji nüvə silahlarını yerləşdirməklə onu qonşu ölkəyə vermir və üzərində nəzarəti özündə saxlayır və onun istifadəsi ilə bağlı qərar qəbul edir.
Mənbə: Sputnik

