Fransa prezidenti Emmanuel Makron Kiyevə sursat və silah tədarükünün artdığını açıqlayıb.
BFM xəbər verir ki, o, bu barədə Yelisey sarayında keçirdiyi mətbuat konfransında bildirib.
“Biz silah, sursat, zirehli texnika tədarükünü artırmışıq, həmçinin maddi-texniki təminatı gücləndirmişik. Önümüzdəki günlərdə və həftələrdə də bunu davam etdirəcəyik” dedi.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolz və Polşa prezidenti Anjey Dudanın Fransa prezidenti Emmanuel Makronla Ukraynanın NATO-ya daxil olmasından əvvəl ona təhlükəsizlik təminatlarının verilməsi ilə bağlı danışıqlar aparmaq üçün Parisə gələcəyi bildirilirdi.
Danışıqların iyunun 12-də baş tutacağı gözlənilir. İclasda “Ukraynanın NATO-ya üzvlüklə bağlı istəkləri və NATO-nun iyulda keçiriləcək sammiti öncəsi müttəfiqlərin təhlükəsizlik zəmanətləri” müzakirə olunacaq. Prezidentlər həmçinin Avropa suverenliyi və müdafiə kimi digər mövzuları da müzakirə edəcəklər.
Mənbə: A haber