Litvada NATO Hərbi Hava Qüvvələrinin qırıcılarının təlimləri keçirilirbackend

Martın 27-də Litvada Latviya, Litva və Estoniya üzərində hava polisi missiyasını yerinə yetirən NATO-ya üzv ölkələrin Hərbi Hava Qüvvələrinin döyüş təlimləri keçirilir.

Bu barədə Litva Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Manevrlərə Zokniai aviabazasında yerləşdirilmiş NATO qırıcıları iştirak edir: Polşanın F-16-ları və Fransanın Rafales.

Təlimlər Palanqa bölgəsində və Baltik dənizi üzərində keçirilir.

Mənbə: Reuters

İctimai.az