Lockheed Martin şirkəti Slovakiyaya qırıcı təyyarələr çatdırıbbackend

Amerikanın müdafiə avadanlığı istehsalı şirkəti Lockheed Martin Slovakiyanın aldığı 14 ədəd F-16 səsdən sürətli döyüş təyyarəsindən ilk ikisini uğurla təhvil verib. Şirkətin saytına görə, Lockheed Martin “ilk iki Slovakiya F-16 Block 70 döyüş təyyarəsinin uğurlu çatdırılmasını elan etməkdən qürur duyur”.

Əvvəllər ilk təyyarənin 2022-ci ildə Slovakiyaya təhvil veriləcəyi planlaşdırılırdı. Lakin müqavilənin icrasının ləngiməsi qırıcı təyyarələr istehsal edən təyyarə zavodlarında elektron komponentlərin çatışmazlığı ilə bağlıdır.

Lockheed Martin Korporasiyası təyyarə istehsalı, aerokosmik mühəndislik, gəmiqayırma, poçt xidmətinin avtomatlaşdırılması, hava limanı infrastrukturu və logistika sahəsində ixtisaslaşmış Amerika hərbi-sənaye korporasiyasıdır. 1995-ci ildə Lockheed və Martin Marietta korporasiyalarının birləşməsi nəticəsində yaranıb.

Mənbə: TASS