Alimlər yadplanetli turistləri ilk dəfə Yerə səfərə dəvət etmək üçün lazerdən istifadə edirlərbackend

Kentukki ştatının Leksinqton şəhərindən olan amerikalı bir qrup alim və dilçi planetimizə və xüsusən də turist kimi Leksinqtona səfər etmək çağırışı ilə başqa dünyaların sakinləri üçün bu cür ilk reklamı lentə alıb kosmosa göndərdi. Bu barədə Space.com portalı məlumat yayıb.

Mesajda Kentukki ştatının dağlıq mənzərəsinin kodlaşdırılmış təsviri, insan fiqurları və atlar, həmçinin su, etil spirti və xoşbəxtlik hormonu dopamin molekullarının diaqramları var. Sonuncu hissə, Kentucky’nin burbon sənayesi ilə məşhur olması ilə əlaqədardır.

Siqnal Yerdən 40 işıq ili və ya 378 trilyon kilometr məsafədə yerləşən TRAPPIST-1 ulduz sisteminə infraqırmızı lazer vasitəsilə göndərilib.

Mənbə: Space.com