Lukaşenko Belarus və İtaliyanın qarşılıqlı fəaliyyətindən danışıbbackend

Belarus Prezidenti Aleksandr Lukaşenko Belarus və İtaliya arasında səmərəli əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Bu barədə RİA Novosti məlumat yayıb.

“Biz ikitərəfli əlaqələrin toplanmış təcrübəsini dəyərləndirməliyik. Əminəm ki, ölkələrimizin mənafeyi naminə səmərəli qarşılıqlı fəaliyyət bundan sonra da davam edəcək və fəxr edəcəyimiz uğurlu əməkdaşlıq nümunələri, o cümlədən ticarət, turizm, mədəniyyət sahələrində çoxalacaq”.

Lukaşenko əlavə edib ki, belarusları və italyanları ailələrə və uşaqlara hörmətli münasibət, öz torpağına sədaqət, başqalarına qarşı səmimiyyət, mehribanlıq və qonaqpərvərlik birləşdirir.