Aktyor Dueyn Conson yenidən Luke Hobbs obrazı ilə qayıdacaq. Variety xəbər verir ki, o, Sürətli və Qəzəbli franşizasının yeni spin-offunda oynayacaq.
Yeni layihənin süjetinin təfərrüatları gizli saxlanılır. Nəşr öz mənbələrinə istinadən bildirir ki, yeni film yenicə ekranlara çıxan “Furious 10” və qarşıdan gələn “Furious 11”in hadisələrini birləşdirəcək.
Conson Vin Dizellə birlikdə yeni layihədə prodüser kimi də fəaliyyət göstərəcək. “Keçən yay Vin və mən bütün keçmişi arxada qoyduq. Bizi qardaşlıq və qətiyyət rəhbər tutacaq və sevdiyimiz franchise, personajlar və pərəstişkarları həmişə maraqlandıracaq. Mən karyeramı “əvvəlcə tamaşaçı” prinsipi üzərində qurmuşam, Conson bildirib.
Mənbə: Lenta.ru