Tramp özünü Mona Liza ilə müqayisə edibbackend

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarlarının sədaqətindən danışarkən özünü məşhur Mona Liza tablosu ilə müqayisə edib.

Mirror-un məlumatına görə, Tramp Uels telekanalı S4C-yə müsahibəsində belə bir “qəribə bəyanat” verib.

Mitinqlərinin populyarlığını və bütün hadisələri izləyən tərəfdarlarının sədaqətini təsvir edən Tramp özünü Leonardo da Vinçinin məşhur şah əsərinə bənzədib. “Mona Lizaya gedən insanlar var – onlar Mona Lizanı sevirlər və bunu yüzlərlə, yüzlərlə dəfə görürlər və hər dəfə daha yaxşılaşır” dedi siyasətçi.

O, həmçinin pərəstişkarlarını “20-ci Broadway tamaşasına” gedən teatrsevərlərə və “eyni mahnıları təkrar-təkrar dinləyən” rok qrupunun pərəstişkarlarına bənzədib.

Mənbə: Haber Global