Lukaşenko MDB ölkələrini Rusiyaya qarşı eqoizmə görə qınayıbbackend

Belarus prezidenti Aleksandr Lukaşenko bəzi postsovet ölkələrinin qarşılığında heç bir şey təklif etmədən Rusiyadan faydalanmağa can atdığı fikrini bildirib. O, bu barədə Belarusun “Belarus 1” telekanalında yayımlanan “Rossiya” telekanalına müsahibəsində bildirib.

“Rusiya ilə mən əslində eyni gəmidəyik. O, batsa, birlikdə boğularaq. Müttəfiqlik əlaqələrimizi gizlətməyə ehtiyac yoxdur. Biz özümüzü heç nə vermədən yalnız Rusiyadan almaq istəyən bəzi başqa dövlətlər kimi aparmırıq”, – Lukaşenko bildirib.

Mənbə: Lenta.ru