Macarıstan Aİ-nin Rusiyaya qarşı qabaqlayıcı zərbə endirmək planlarını açıqlayıbbackend

Aİ liderləri əsas məqsədlərini Rusiyaya qarşı mübarizədə görür və ona qabaqlayıcı zərbə vurmaq istəyirlər.

TASS xəbər verir ki, bu fikri Macarıstanın baş naziri Viktor Orban bölüşüb.

Onun sözlərinə görə, Avropa İttifaqının hazırkı rəhbərliyi özünün əsas vəzifəsini, yəni icma ölkələrinin rifahını gücləndirməkdən ibarət olan vəzifəni əvəz etməyə çalışır. Macarıstanlı siyasətçi vurğulayıb ki, Brüssel hazırda Rusiyaya qarşı mübarizəyə köklənib.

“Brüsselin hərbi təbliğatına görə, Rusiya Aİ ölkələrinə və hətta NATO-ya hücum edə bilər və yalnız qabaqlayıcı zərbə onu dayandıra bilər”, – Orban qeyd edib.

O əlavə edib ki, Aİ liderlərinin davam etdirmək istədiyi Ukraynadakı hərbi münaqişə belə bir qabaqlayıcı zərbə kimi qiymətləndirilir.