Macarıstan, Finlandiyanın NATO-ya daxil olacağı təqdirdə gərginliyin artacağını proqnozlaşdırırbackend

Macarıstan parlamentinin vitse-spikeri Dora Duro “İzvestiya” qəzeti ilə söhbətində Finlandiyanın NATO-ya daxil olmasının alyansla Rusiya arasında birbaşa münaqişə riskini artıracağını bildirib.

“Finlandiya NATO-ya daxil olarsa, bu, eskalasiya ehtimalını, həmçinin NATO üzvü olan bir ölkə ilə Rusiya arasında birbaşa silahlı münaqişə riskini artıracaq” dedi.

Duro qeyd edib ki, ABŞ alyansdan planetdəki qlobal rolunu qorumaq üçün istifadə edir və NATO-nu daha çox İsveç və Finlandiyanı qəbul etməyə məcbur edir.

Mənbə: BBC.com

İctimai.az