İsrailin hücumu nəticəsində iki Suriya əsgəri yaralanıbbackend

İsrail Hərbi Hava Qüvvələrinin Dəməşq ətrafında raket hücumu nəticəsində iki suriyalı hərbçi yaralanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb

. “Bu gün saat 01:20 radələrində İsrail düşməni işğal etdiyi Colan təpələrindən bir neçə raketlə Dəməşq şəhəri yaxınlığındakı bir sıra mövqelərə hava hücumu həyata keçirib. B

izim hava hücumundan müdafiə sistemlərimiz düşmənin raketlərinə cavab verib və onların bir neçəsini vurub”, – məlumatda deyilir. Həmçinin Suriya Müdafiə Nazirliyi maddi ziyanın da dəydiyini qeyd edib.

İctimai.az