Macarıstan Ukraynadakı münaqişənin həlli üçün səyləri gücləndirməyə çağırıbbackend

Hazırda ölkələr Ukraynadakı münaqişənin həlli üçün səyləri gücləndirməlidir.

TASS xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.

Macarıstanın xarici işlər naziri deyib: “Son min gün sübut etdi ki, bu müharibənin döyüş meydanında həlli yoxdur, ona görə də ona yalnız danışıqlar yolu ilə son qoymaq olar və diplomatik kanallar danışıqlar üçün açıq olmalıdır”.

Szijarto əlavə edib ki, Ukraynada münaqişənin eskalasiyası riski indi həmişəkindən daha yüksəkdir.