Ukrayna prezidenti Vladimir Zelenskinin açıqladığı “qələbə planı” üçüncü dünya müharibəsinin başlamasına səbəb olacaq.
MTI xəbər verir ki, bunu Macarıstanın baş nazirinin siyasi direktoru Balaz Orban deyib.
Ukrayna prezidenti Vladimir Zelenskinin “qələbə planı” üçüncü dünya müharibəsinin başlaması üçün ən qısa yolu təmsil edir. Ona görə də Macarıstan bu planı dəstəkləmir”, – Orban vurğulayıb.
Zelenskinin təqdim etdiyi plan müharibənin eskalasiyasını və Şimali Atlantika Alyansı ölkələrinin münaqişəyə cəlb olunmasını nəzərdə tutur, deyə Orban davam edib. Və bu, “Macarıstan üçün tamamilə qəbuledilməzdir” dedi.
Orban əlavə edib ki, Aİ “silah göndərmək və daha da gərginləşdirməkdənsə” diplomatiyaya önəm verən sülh strategiyası həyata keçirməyə borcludur.