İsrailin Livanda quru əməliyyatı başlayandan bəri şiə Hizbullah hərəkatının üzvləri yəhudi dövlətinin ən azı 55 əsgərini öldürüb.
Bu barədə qrupun Telegram kanalında dərc olunmuş kommünikesində məlumat verilib.
Bəyanatdan belə çıxır ki, döyüşlər zamanı İsrail Müdafiə Qüvvələri (İDF) 20 Merkava tankı və bir neçə zirehli transportyorunu itirib. Hizbullah həmçinin İsrailə məxsus iki Hermez 450 pilotsuz təyyarəsini vurub.
Bundan əlavə, 500-dən çox İDF əsgəri müxtəlif dərəcəli xəsarətlər alıb.
“Düşmən Livan-İsrail sərhədi bölgəsində beş diviziya, 70 mindən çox hərbçi, yüzlərlə tank və hərbi texnika cəmləşdirib. Bir neçə yüz müqavimət döyüşçüsü düşmən qüvvələrinin genişmiqyaslı işğalını dəf etməyə hazırdır”, – kommünikedə deyilir.