Əgər Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkidə qalib gəlsə, Kiyevə yardım göstərməklə bağlı bütün ab-hava dəyişəcək.
Bu barədə Avropa Parlamentinin Slovakiyadan olan deputatı Lubos Blaqa RİA Novosti ilə söhbətində bildirib.
“Əgər Donald Tramp qalib gəlsə, bu, bütün atmosferi dəyişə bilər, çünki o, ruslarla münasibətləri normallaşdırmaq istəyir”, – o vurğulayıb.
Avropa Parlamentinin deputatının fikrincə, Trampın potensial olaraq hakimiyyətə gəlməsi ABŞ-ın Kiyevə milyardlarla dollar və yüksək texnologiyalı silahlar verməməsinə səbəb ola bilər.