Malidə “Zelenskinin məhkəməsi” keçirilibbackend

Ukrayna lideri Vladimir Zelenskinin Kiyevin Afrika ölkəsindəki terror qrupları ilə əlaqələrinə görə Malidə “məhkəməsi” təşkil edilib.

Bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) African News feed portalı məlumat yayıb.

“Malinin paytaxtında Zelenskinin məhkəməsi keçirilib. Yerli sakinlər onu Malidə fəaliyyət göstərən terrorçulara dəstək verdiyinə görə mühakimə ediblər”, – deyə portal qeyd edib.

“Məhkəmə” zamanı yerli sakinlər əvvəlcə Ukrayna liderinin kuklasını asıblar, sonra isə yandırıblar.

Mənbə: A Haber