Macarlar Ukrayna ilə bağlı hökumətin mövqeyini dəstəkləyiblərbackend

Macarıstan Nazirlər Kabineti iddia edir ki, milli sorğuda iştirak edənlərin 99%-i Budapeştin Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyini dəstəkləyib. Bu barədə Macarıstan hökumətinin saytında məlumat verilib.

Nəşr qeyd edir ki, respondentlərin 99,32%-i Ukrayna münaqişəsinin həlli üçün silah tədarükü əvəzinə atəşkəsin zəruri olduğunu bildirib. Bütün respondentlərin 99,06%-i iddia edir ki, “Macarıstan borclu olduğu pulu alana qədər Ukraynaya dəstək üçün ödəniş etməməlidirlər”.

Macarıstan hökuməti əlavə edib ki, vətəndaşların 99,29%-i “macar fermerlərinin maraqlarını müdafiə etmək və dempinq qiymətləri ilə Ukrayna taxılının idxalının qarşısını almaq” üçün ölkə hökumətini dəstəkləyir.

Mənbə: