Tramp Baydeni miqrantların işğalına göz yummaqda ittiham edibbackend

ABŞ-ın keçmiş prezidenti və prezidentliyə namizəd Donald Tramp bildirib ki, ABŞ prezidenti Co Bayden milyonlarla miqrantın ölkəyə qanunsuz daxil olmasına kömək edir. Bu barədə Tramp Truth Social sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Co Bayden milyonlarla qeyri-qanuni miqrantın ABŞ-a kütləvi işğalını təhrik edir. Döyüşmək və ölkəmizi bu hücumdan müdafiə etmək əvəzinə, Bayden inanılmaz dərəcədə qubernator Qreq Abbottun əllərini bağlamaq üçün mübarizə aparır”, – Tramp yazıb.

ABŞ-ın keçmiş prezidenti Texas qubernatoru Abbottu müstəqil olaraq yerli milislərin (milli qvardiyanın) köməyi ilə sərhədi qanunsuz miqrantların işğalından qorumaq istəyində dəstəkləyib.

Mənbə: TASS