Maduro Venesuelada fövqəladə vəziyyət elan edibbackend

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın bir sıra ölkələrə tətbiq etdiyi yeni idxal rüsumları səbəbindən aprelin 8-də iqtisadi fövqəladə vəziyyət elan edib.

O, bu barədə telekanalın efirində bildirib

“Sabah mən Venesuela iqtisadiyyatını qorumaq üçün iqtisadi fövqəladə vəziyyət haqqında konstitusiya fərmanını imzalayacağam” dedi Maduro.

O, Vaşinqtonun siyasətini tənqid edərək, ABŞ hökumətini beynəlxalq iqtisadi qaydaları pozmaqda və idxala ədalətsiz tariflər tətbiq etməkdə ittiham edib.