Cənubi Koreyada növbədənkənar prezident seçkiləri iyunun 3-də keçiriləcək. Bu barədə TASS dövlət başçısı vəzifəsini icra edən baş nazir Han Deok Suya istinadən məlumat yayıb.
Seçki vaxtının təyin edilməsi barədə qərar Han Duk-sunun sədrliyi ilə keçirilən kabinet iclasında qəbul edilib. İyunun 3-ü də ölkədə əlavə istirahət günü elan edilib.
Prezidentliyə namizədlərin ilkin qeydiyyatı aprelin 4-də başlayıb. Tam qeydiyyat mayın 11-də başa çatacaq, seçki kampaniyasının başlanması isə mayın 12-nə təyin edilib.
Aprelin 4-də Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezident Yun Seok-yulun bütün səlahiyyətlərini əlindən alaraq impiçmenti təsdiqləyib. Dövlət başçısına yeni seçkilər impiçment təsdiq edildikdən sonra 60 gün ərzində keçirilməlidir.