Makron ChatGPT-dən Aİ-nin taleyi barədə soruşdu

Fransa prezidenti Emmanuel Makron süni intellekt chatbotu olan ChatGPT ilə danışıb və ondan Aİ-nin texnoloji inkişaf perspektivləri barədə soruşub.

O, öz dialoqunu Twitter-də yayımlayıb. “Avropalılar, gəlin qabaqcıl texnologiyalara sərmayə qoymağa və əməkdaşlığa davam edək. Biz perspektivli şirkətlərlə ön sıralarda ola bilərik”, – deyə Makron chatbot ilə dialoqu şərh edərkən bildirib.

Ekran görüntüsündə Makron ChatGPT-dən soruşur: “Bir sözlə, pozucu texnologiyalarda Avropa necədir?” “Rəqabətlidir” deyə chatbot cavab verdi.

Mənbə: Gazeta.ru

İctimai.az

Oxşar xəbərlər