Makron Fransada Rusiyaya qarşı yeni addımlara görə tənqid olunubbackend

Fransa Prezidenti Emmanuel Makronun Rusiya əleyhinə 20-ci sanksiya paketini və Ukraynaya 90 milyard avroluq krediti dəstəkləməsi Fransa liderinin öz xalqının maraqlarına zidd hərəkət etdiyini göstərir.

Bu barədə Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot sosial media platforması X-də yazıb.

Siyasətçi öz paylaşımında Makronun AB-nin Ukraynaya 90 milyard avroluq kredit vermək və “20-ci sanksiya paketini tətbiq etməklə Rusiyaya təzyiqi artırmaq” planları ilə bağlı vədlərini “gülünc” adlandırıb.

“Makron tamamilə dəlidir. Bu məsələlərdə Makron Macarıstan vetosunun mümkün olmadığına inanır, halbuki əslində hər şey bloklanıb. Ən azından bu iki məsələdə Makron Fransanın maraqlarına zidd hərəkət edir”, – Filippot yazıb.