Makron İsrailin Hizbullaha qarşı əməliyyat planlaşdırması ilə bağlı Netanyahuya müraciət edibbackend

Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahunu Livanın paramiliter şiə təşkilatı Hizbullah ilə münaqişənin genişlənməsinin qarşısını almağa çağırıb. TASS xəbər verir ki, bu barədə AFP Yelisey sarayına istinadən məlumat yayıb.

“Fransa prezidenti Emmanuel Makron… Netanyahuya Livanda İsrail və Hizbullah yaraqlıları arasında toqquşmanın qarşısını almağa çağırıb”, – məlumatda deyilir.

İyulun 1-də Almaniyanın “Bild” jurnalı İsrailin Livanın cənubundakı əməliyyatının iyulun 15-dən sonra başlayacağını yazıb. Əməliyyatın məqsədi Hizbullahla mübarizə olacaq.

Mənbə: TASS