Suriya prezidentinin müşaviri Luna əl-Şible yol qəzası keçirib və Dəməşqdəki xəstəxanalardan birinin reanimasiya şöbəsindədir. Bu barədə Suriya lideri Bəşər Əsədin ofisinə istinadən SANA dövlət agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, qəza Ərəb Respublikasının paytaxtına gedən yollardan birində baş verib. Əl-Şiblin idarə etdiyi avtomobil yoldan çıxıb.
Suriya prezidentinin müşaviri ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib, ona lazımi tibbi yardım göstərilir.
Mənbə: SANA