İyun ayında İsveçrədə keçiriləcək Ukrayna münaqişəsinin həlli üzrə sülh konfransı strateji müzakirə xarakteri daşıyacaq və vəziyyətin həllinə zəmin yaratmağa kömək edəcək. “Ukrinform” agentliyi xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Ukrayna rəhbəri Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, nüvə problemi, mülki infrastrukturun təhlükəsizliyi və ərzaq təhlükəsizliyi Ukraynada “davamlı sülhün əsas tikinti bloklarıdır”. Fransa lideri bildirib ki, konfransda iştirak edəcək ölkələr bu məqamlarda razılığa gələ bilərlər.
Bundan əvvəl İsveçrə prezidenti Viola Amherd bəyan etmişdi ki, Ukraynadakı münaqişənin həlli üzrə beynəlxalq konfransdan sonra sülh sazişi imzalanmayacaq, çünki bunun baş verməsi üçün danışıqlar masasında Rusiya da iştirak etməlidir.
Mənbə: TASS