Ukraynada ilk dəfə olaraq orduya getməkdən imtinaya görə maksimum cəza təyin edilibbackend

Kiyevin Obolonski Rayon Məhkəməsi xüsusi müddət ərzində səfərbərlikdən yayınma ittihamı ilə şəxsə maksimum cəza təyin edib. Bu barədə Ukraynanın “Qlavkom” nəşri məhkəmə qərarlarının reyestrinin məlumatlarına istinadən məlumat yayıb.

Ukraynada ilk dəfə olaraq bu cinayətə görə ən yüksək cəza tətbiq edilib. Həmin şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.

Nəşrin məlumatına görə, hakimlər prokurorun ukraynalıya şərti cəza verilməsi ilə bağlı vəsatətini nəzərə almayıb, onun əməllərini cəmiyyət üçün xüsusilə təhlükəli hesab ediblər. Kişi ordunu tərk etdiyinə görə ürəkdən peşman olduğunu bildirib və qərarını qohumlarının və həyat yoldaşının Rusiya ərazisində olması ilə izah edib.

Mənbə: Gazeta.ru