Malayziyanın baş naziri Ənvər İbrahim Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda (EEF) Rusiya prezidenti Vladimir Putinlə söhbəti zamanı ölkənin BRİKS-ə inteqrasiyada maraqlı olması barədə məlumat verəcək.
Bu barədə Malayziya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
“Baş nazir prezident Putinlə söhbəti zamanı Malayziyanın BRİKS-ə qoşulmaqda maraqlı olduğunu da təkrarlayacaq”, – nazirlikdən bildirilib.
Sentyabrın 3-dən 6-dək Şərq İqtisadi Forumu keçiriləcək.