Enerji şirkəti Electricite de France (EDF) tənzimləyicidən Flamanvil atom elektrik stansiyasında tikintisi 17 il çəkmiş yeni nüvə reaktorunda nüvə reaksiyasını sürətləndirmək üçün icazə alıb. Bu barədə şirkətin saytında məlumat verilir.
Bu, Fransada son 25 ildə ilk nüvə reaktorunun işə salınmasıdır. Başlanğıc ilkin olaraq 2012-ci ildə planlaşdırılırdı, lakin texniki problemlərə görə istismara verilmə tarixi daima təxirə salındı, buna görə layihənin dəyəri 3 milyard avrodan 13 milyard avroya yüksəldi.
Flamanvil atom elektrik stansiyası Fransanın şimal-qərbində, La-Manş boğazının sahilində yerləşir. O, hər birinin gücü 1,3 min MVt olan iki təzyiqli su reaktorunu idarə edir. Onlar 1986 və 1987-ci illərdə xidmətə başlayıblar.
Mənbə: A Haber