Beynəlxalq Atom Enerjisi Agentliyi Deyr əz-Zorda uran izlərinin aşkar edildiyini elan edib, Reuters agentliyi MAQATE-nin məxfi hesabatına istinadən xəbər verir.
2018-ci ildə İsrail 2007-ci ilin sentyabrında Suriyada tikilməkdə olan nüvə reaktoruna zərbə endirilməsi ilə bağlı məlumatı məxfilikdən çıxarıb. Devrilmiş Suriya hökuməti gizli şəkildə nüvə reaktoru qurmaq cəhdi ilə bağlı məlumatı təsdiqləməyib.
“BMT-nin Nüvə Nəzarəti Təşkilatı 2007-ci ildə İsrail tərəfindən dağıdılan binanın məqsədi ilə bağlı apardığı araşdırma zamanı Suriyada uran izlərini aşkar edib.