Marsda nəhəng yeraltı okean tapıldıbackend

Çin, Avstraliya və İtaliyadan olan beynəlxalq alimlər qrupu Marsda nəhəng yeraltı su qatının olduğuna dair sübutlar tapıb. Marsın səthinin altında 5-8 km dərinlikdə yerləşir. Tədqiqat National Science Review (NSR) elmi jurnalında dərc olunub.

Milyarlarla il əvvəl Mars çaylar və göllərlə örtülmüşdü. Seysmik dalğaların təhlili zamanı planetin qabığında titrəyişlərin daha yavaş yayıldığı anomal təbəqə aşkar edilib – maye ilə doymuş məsaməli süxurun xarakterik əlaməti.

“Bu, nəhəng Mars sulu təbəqəsinə bənzəyir. Ondakı suyun həcmi 500-800 metr dərinlikdə olan okeanla müqayisə edilə bilər və bütün planeti əhatə edir”, – tədqiqatın müəllifləri izah ediblər.

Mənbə: Gazeta.ru