Avropa Parlamentinin deputatı və Bundestaqın Müdafiə Komitəsinin rəhbəri Mari-Agnes Strack-Zimmermann bildirib ki, müdafiəyə hazırlaşmayan ölkələr “rus dilini öyrənməyə başlamalıdırlar”. Onun sözlərini “Focus” Lüdviq Erhardın sammitdəki çıxışına istinadən sitat gətirir.
“Biz silahları artırmırıq, müdafiəni gücləndiririk. Buna məhəl qoymayanlar rus dilini öyrənməyə başlamalıdırlar”, – siyasətçi vurğulayıb.
O, həmçinin qeyd edib ki, Almaniya ordusunda hələ də təcili həllini tələb edən sistemli problemlər var.