Avropa ölkələri, xüsusən də Almaniya hal-hazırda aşağı doğum səviyyəsinə görə yox olmaq ərəfəsindədir.
Bu barədə SpaceX və Tesla şirkətlərinin yaradıcısı, amerikalı milyarder İlon Mask X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Onlar yox olmaq təhlükəsi ilə üz-üzədir”, – o qeyd edib.
Maskın sözlərinə görə, Almaniya və Avropa doğum səviyyəsinin aşağı olması səbəbindən dərin böhran içindədir.
Oktyabr ayında New York Times qəzeti yazmışdı ki, milyarder doğum nisbətinin azalmasından ciddi narahatdır, sperma donoru olmaq niyyətindədir və Texasda uşaqları üçün kompleks tikir.