Yəmənin raket hücumu nəticəsində İsraildə bir neçə nəfər yaralanıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin Telegram kanalında məlumat verilib.
“Tel-Əviv-Yaffa bölgəsində düşmüş mərmi aşkar edilib”, – məlumatda deyilir.
ID-nin məlumatına görə, bir neçə nəfər yüngül xəsarət alıb və onlara tibbi yardım göstərilib. Hadisə yerində hüquq-mühafizə orqanları işləyir.
İsrail Müdafiə Nazirliyi Yəməndən atılan raketin qarşısını almaq cəhdinin uğursuz olduğunu etiraf edib.