Suriyanın yeni hakimiyyət orqanları respublikaya səfər etmiş ABŞ diplomatlarını ərəb ölkəsinə qarşı əvvəllər tətbiq edilmiş sanksiyaları ləğv etməyə çağırıb.
Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
“Biz Amerika tərəfini Suriya xalqına qarşı tətbiq edilən sanksiyaları ləğv etməyə çağırdıq”, – Suriya ali komandanlığı qeyd edib.
Suriya xalqının “müharibə və qarşıdurma bəlasından qopmağa ehtiyacı olduğunu” bildirən Amerika nümayəndə heyətinə respublikanın inkişafı proqramı təqdim edilib.
Demokrat senator Chris Murphy Əl-Cəzirə telekanalına açıqlamasında Suriyaya qarşı bəzi sanksiyaların yumşaldılmasını dəstəklədiyini bildirib.
“Biz Suriya xalqına kömək etmək öhdəliyimizi nümayiş etdirmək üçün vacib məqamdayıq. İndi sanksiyalar Vaşinqtonun Suriyanın yenidən qurulmasına kömək etmək səylərinə mane ola bilər”, – o əlavə edib.