Mədəniyyət Nazirliyində daha bir təyinatbackend

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov yeni təyinatla bağlı əmr verib.

“Qafqazinfo” xəbər verir ki, əmrə əsasən Səadət Xələfbəyli nazirliyin tabeliyində olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S. Xələfbəyli 2001-2003-cü illərdə Mədəniyyət Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin aparıcı və baş mütəxəssisi vəzifələrində işləyib. 2003-2018-ci illərdə xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərində administrativ işlər, viza, miqrasiya və konsulluq məsələləri üzrə müşavir və baş müşavir vəzifələrində çalışıb.

İctimai.az