Medvedevdən təhdid kimi sözlər: İstənilən silahdan istifadə etməyə hazırıqbackend

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, “Biz hər cür cavab verə bilərik. Təhlükənin xarakterindən asılı olaraq istənilən silahdan istifadə etməyə hazırıq” dedi.

Ukrayna ordusunun Donbass bölgəsindəki bəzi şəhərlərə və Rusiya ordusunun nəzarətində olan Krıma hücum edəcəyi təqdirdə Rusiyanın necə cavab verəcəyi ilə bağlı sualı cavablandıran Medvedev, hücumun ölçüsündən asılı olaraq hər cür silahdan istifadə edə biləcəklərini bildirib.

Mənbə: TASS

İctimai.az