Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş nazir Məhəmməd bin Salman investorları cəlb etmək üçün Səudiyyə Ərəbistanında dörd xüsusi iqtisadi zona (XİZ) açıb.
“Səudiyyə Ərəbistanı biznes üçün açıqdır və bizim təklif etdiyimiz imkanları özləri görmək üçün dünyanın hər yerindən investorları salamlayır.
Bu gün işə salınan yeni xüsusi iqtisadi zonalar ölkədə biznesin aparılmasına, on minlərlə iş yerinin yaradılmasına və milyardlarla rial gəlir gətirməsinə əhəmiyyətli təsir göstərəcək”, – deyə bin Salman XİZ-in açılışında bildirib.
Mənbə: Bloomberg
İctimai.az

