ABŞ prezidenti Co Bayden Pentaqonun məxfi sənədlərini sızdırmaqda şübhəli bilinən şəxsin tutulması barədə məlumatlandırılıb.
Bu barədə CNN məsələ ilə bağlı məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Bayden şübhəlinin saxlanılması barədə İrlandiya parlamentindəki çıxışından sonra, ABŞ prezidenti Dublin qəsrində onun şərəfinə şam yeməyinə yollanarkən məlumatlandırılıb.
Kanal vurğulayır ki, çıxışdan sonra bu 90 dəqiqə ərzində və təntənəli qəbula getməzdən əvvəl Ağ Evin sahibi öz otel otağında olub.
İctimai.az

