Ümumdünya Səhiyyə Təşkilatına görə, son bir ayda Cənub-Şərqi Asiyada COVID-19-a yoluxma hallarının sayı demək olar ki, 481%, Şərqi Aralıq dənizində isə 144% artıb, lakin ölümlər də daxil olmaqla, yoluxmaların qlobal tendensiyası getdikcə azalır.
Bu barədə RİA Novosti məlumat yayıb.
Təşkilat vurğuladı ki, regional səviyyədə son 28 gündə altı regiondan dördündə yeni bildirilmiş yoluxma hallarının sayı azalıb: Afrika regionu (-45%), Qərbi Sakit okean regionu (-39%), Amerika regionu (- 33%) və Avropa regionu (-22%).
İctimai.az

