Məhkəmə Trampı dələduzluqda təqsirli bilibbackend

Nyu-York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı dələduzluqda təqsirli bilib. Bu barədə CNN məlumat yayıb.

Telekanalın məlumatına görə, ABŞ-ın keçmiş prezidenti 355 milyon dollar cərimə ödəməlidir.Bundan başqa, ona 3 il müddətinə Nyu-York ştatında şirkətlərdə rəhbər vəzifələr tutmaq qadağan edilib.

Tramp həmçinin dövlət banklarından kredit tələb edə bilməyəcək. Məhkəmə müəyyən edib ki, Amerikanın keçmiş prezidenti daha sərfəli tariflərlə kredit və sığorta əldə etmək üçün maliyyə hesabatlarını saxtalaşdırıb.

Mənbə: CNN