Mehriban Əliyevadan Ramazan ayının başlanması ilə bağlı paylaşım – FOTObackend

Birinci vitse-prezident Mehriban Əliyeva müqəddəs Ramazan ayının başlaması ilə bağlı paylaşım edib.

Mehriban Əliyevanın “Instagram” hesabındakı paylaşımda deyilir:

“Ramazan ayınız mübarək! Qoy mübarək Ramazan ayı ürəklərdə saf duyğular və xoş niyyətlər oyatsın, hər bir ocağa ruzi-bərəkət, hər kəsin ailəsinə sağlıq, sevinc, səadət və əmin-amanlıq gətirsin! Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!”