“Mental Arifmetika” üzrə təlimçi Gülsana İsmayılzadə iş xanımı kimi və peşakar pedaqoq kimi bir çox mükafatlara layiq görülüb. Gülsana İsmayılzadənin bir çox mükafatlarla təltif edilməsi onun uğrurlu fəaliyyəti ilə əlaqədardır.
Strateji.az xəbər verir ki,Gülsana İsmayılzadə “Mental Arifmetika” sahəsində böyük işlər görmüş bir iş xanımıdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr və magistr pillələrini bitirməyimə baxmayaraq Gülsana İsmayılzadənin elə məktəbli illərindən riyaziyyata böyük marağı olub. Bu maraq “BRIGHT MINDS” Təhsil və Tədris akademiyasının rəhbəri İsmayılzadəni özəl pedaqoji fəaliyyətlə məşğul olmasına səbəb olub.
Azərbaycan məktəblilərinin problemlərini təhlil edən Gülsana İsmayılzadə bu problemlərin həlli üçün özəl kurs təsis edərək şagirdlərin ixtiyarına verib. Həmin kurslarda daha çox ibtiadi sinifdə oxuyan şagirdlərə xidmət göstərilir. Hər yaş qrupundan olan azərbaycanlı məktəblilərin problemlərini aşkar edən İsmayılzadə özünün təhlillərinə əsasən onların ən böyük problemi olan diqqətsizliyin aradan qaldırılması üçün səmərəli işlər görmüşdü. İsmayılzadənin rəhbərlik etdiyi quruma təkcə ibtidai sinif şagirdləri yox eyni zamanda 15 yaşına qədər olan dərsi qavramaq problemi olan bütün şagirdlər müraciət edərək bu problemlərini onun rəhbərlik etdiyi qurum vasitəsi ilə aradan qaldırmağa cəhd göstərir.
Kursa gələn azyaşlılar bu kursun vasitəsi ilə hecalayaraq və hərfləyərək oxumağa son qoyub. Onun rəhbərlik etdiyi Təhsil və Tədris akademiyasının digər qurumlardan fərqi bura gələn şagirdlərdə müsbət dəyişiklikləri 3-4 ay içində müşahidə etmək mümkün olur. Kursun rəhbəri olan İsmayılzadə eyni zamanda elə öz rəhbərlik etdiyi kursda özü pedaqoji fəaliyyətlə məşğul olur.
Bir çox mükafatlara layiq görülən iş xanımı “Mental Arifmetika” üzrə təlimçi Gülsana İsmayılzadənin bu mükafatlara layiq görülməsi heç də təsadüfü deyil.
Qeyd edək ki, “BRIGHT MINDS” Təhsil və Tədris akademiyasının Bakıda iki filialı fəaliyyət göstərir. Təhsil və Tədris akademiyasının bir filyalı Yeni Yasamal Dadaş Bünyadzadə 13A-da, digəri isə Sabit Rəhmanov küçəsi 53A-da, “Kral” restoranın yanında fəaliyyət göstərir.
Əlaqə nömrəsi: +99450-358-72-72