“Çelsi”nin sabiq futbolçusu Frank Leboeuf Səudiyyə Ərəbistanı çempionatının Fransa milli çempionatından daha güclü olduğunu deyən “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun sözlərinə münasibət bildirib və bunun argentinalı hücumçu Lionel Messiyə görə dediyini izah edib.
Onun sözlərini Goal nəşri sitat gətirir.
“Cristiano Ronaldonun Səudiyyə liqasının Liqa 1-dən daha yaxşı olması ilə bağlı sözlərindən əsəbiləşdim. Sizcə, niyə o, Portuqaliya çempionatı haqqında deyil, Liqa 1 haqqında deməyə qərar verdi? Bunun səbəbi Lionel Messinin Liqa 1-də oynamasıdır”.
Mənbə: NTV Spor