ABŞ prezidenti Co Baydenin administrasiyası İsraildən Qəzza zolağında müvəqqəti atəşkəs və əhaliyə humanitar yardımın artırılması tələblərini gücləndirib.
Bu barədə The Hill məlumat yayıb.
“Həm Bayden, həm də vitse-prezident Harris son günlər “dərhal” atəşkəsə çağırıblar”, – jurnalistlər yazıblar.
Nəşrin yazdığına görə, xüsusilə Qəzza zolağına humanitar yardımın həcminin artırılmasına gəldikdə, Vaşinqtonla Təl-Əviv arasında fikir ayrılığı əlamətləri var.
ABŞ-ın vitse-prezidenti Kamala Harris martın 3-də Alabamada çıxışı zamanı vəziyyəti “humanitar fəlakət” adlandırıb. O vurğulayıb ki, İsrail hakimiyyəti daha çox səy göstərməli və humanitar yardım axınını artırmalıdır.
Mənbə: Haberler.com