Milli Məclisin deputatı yüksək bal toplayan gənclərlə görüşübbackend

12 sentyabr 2020-ci il tarixdə Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının təşkilatçılığı ilə Yevlax rayonundan 2020-ci il tarixdə Ali məktəblərə keçirilən qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstərən bir qrup məzunla online videoformatda görüş keçirilmişdir. Tədbirdə YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini, YAP Yevlax rayon təşkilatı sədrinin müavini Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatı Qadınlar şurasının sədri, “Kür” qəzetinin baş redaktoru Əminə Əhmədova, Yevlax şəhər Təhsil şöbəsinin müdiri Namidə Abbasova və digər dövlət qurumlarını təmsil edən gənclər iştirak edib.

Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev konfrans iştirakçılarını salamlayaraq bütün məzunları YAP Yevlax rayon təşkilatı adından təbrik etmişdir. Rafiq Əliyev ölkəmizdə hərzaman savadlı gənclərə böyük önəm verildiyini bildirərək, bu gün yüksək nəticələr əldə etmiş məzunlarımızında gələcəkdə dövlətimiz üçün savadlı mütəxəssis kimi formalaşacağını bildirmişdir.

Çıxış edən YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Təhsil Millətin Gələcəyidir” sözlərini bir daha yada salaraq bildirmişdir ki, bugün dövlətimiz tərəfindən təhsilin inkişafına böyük önəm verilir. Ölkə rəhbəri cənab İlham Əliyevin, I Vitse-Prezident xanım Mehriban Əliyevanın rəhbərliyi altında son illərdə təhsilimizin yüksələn xətlə inkişafından danışan Millət vəkili, ölkəmizin hər bir bölgəsində hətta ucqar dağ kəndlərində belə müasir tələblərə cavab verən yeni məktəb binalarının tikilərək məktəblilərin istifadəsinə verildiyini və görülən işlərin mərkəzində məhz ölkə rəhbərinin fədakar əməyinin dayandığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. İlham Məmmədov yüksək bal toplayaraq universitetlərə qəbul olacaq tələbələrin hərbirini təbrik edərək bildirmişdir ki, onların hərbiri Müstəqil Azərbaycanın, doğma şəhərimizin gələcək həyatında yaxından iştirak edəcək və öz bilik-bacarıqları ilə dövlətimizin gələcək inkişafı naminə səylə çalışacaqlar.

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini, YAP Yevlax rayon təşkilatının sədr müavini Elnarə Əzizovada çıxış edərək yüksək nəticə göstərən məzunları Yevlax şəhər İcra Hakimiyyətinin rəhbərliyi adından təbrik etmişdir. Elnarə Əzizova bütün məzunlara gələcək təhsil həyatında uğurlar arzulayaraq, dövlətimizin hər zaman təhsilə göstərdiyi diqqət və qayğısını gənclərin diqqətinə çatdırmışdır.

YAP Yevlax rayon təşkilatı Qadınlar şurasının sədri, “Kür” qəzetinin baş redaktoru Əminə Əhmədova çıxış edərək öz növbəsində məzunları təbrik etmiş və onların hər birinə seçdikləri Universitetlərin tələbəsi olmağı arzu etmişdir. Əminə Əhmədova gənclərə harda olmalarından asılı olmayaraq hər zaman doğma şəhərimizin onların bu uğurları ilə fəxr edəcəyini bildirmişdir.

Çıxış edən Yevlax şəhər Təhsil şöbəsinin müdiri Namidə Abbasova təhsil sahəsində çalışan biri olaraq bugün Yevlax məktəblilərinin qazandığı bu uğurlara görə çox sevindiyini qeyd edərək, bu uğurların gerisində dayanan böyük müəllim zəhmətindən dolayı bütün müəllimləridə təbrik etmişdir. Namidə Abbasova ötən illərə nisbətən bu il Ali məktəblərə qəbul imtahanlarında Yevlax məktəblilərinin yüksək nəticələr göstərdiyini və bu göstəricilərin şəhərimizdə təhsilin inkişafının bariz göstəricisi olduğunu vurğulamışdır. Bu uğurlu nəticələrə görə bütün məzunları təbrik edən Namidə Abbasova onlara gələcək təhsil həyatlarında uğurlar arzulamışdır.

Yevlax gəncləri adından çıxış edən YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Fərid Vaqifli elm yolunda çəkilən bütün əziyyətlərin heçzaman hədər getmədiyini bildirərək bütün məzunları təbrik etmişdir. Fərid Vaqifli məzunlara bu uğurlu nəticələri qəbul olacaqları universitetlərdədə davam etdirmələrini arzu etmişdir.

Videkonfrans öz işini qarşılıqlı müzakirələrə davam etdirib.

Videkonfrans formatında təşkil olunan tədbirdən sonra Ali təhsil müəssələrinə qəbul imtahanlarında 600-baldan yuxarı nəticə göstərən bir qrup abituriyent YAP Yevlax rayon təşkilatının qərargahına dəvət olunaraq YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov tərəfindən fəxri-fərman və hədiyyələrlə təltif olunmuş və onlara gələcək təhsil həyatlarında uğurlar arzulamışdır.

İctimai.az