Moldova prezidenti Dnestryanıda hərbi hissəyə hücumu təxribat adlandırıbbackend

Moldova prezidenti Maia Sandu keçirdiyi mətbuat konfransında Dnestryanıda hərbi helikopterə hücumun təxribat olduğunu bildirib.

“Bizdə olan məlumata görə, bu, insanlar arasında gərginlik və qorxu saxlamaq üçün təxribata bənzəyir”, – Moldova prezidenti deyib.

Sandu Ukraynanın hücumda iştirak etmədiyini bildirən Moldova hökumətinin mövqeyinə sadiqdir.

Martın 17-də  Dnestryanıdakı hərbi hissələrdən birində yanğın baş verib, nəticədə köhnə Mi-8MT helikopteri yanıb. İlkin məlumatlara görə, buna kamikadze pilotsuz təyyarənin hücumu səbəb olub.

Mənbə: TASS