Martın 18-də Aİ xarici işlər nazirləri, nəhayət, Avropa Sülh Fondu vasitəsilə Ukraynaya 5 milyard avro məbləğində əlavə dəstəyi təsdiq edəcəklər.
Bu barədə Aİ-nin Avropa diplomatiyasının rəhbəri Xosep Borrel bildirib.
“Gözləyirəm ki, biz uzun həftələrdir müzakirə etdiyimiz qərarı – Avropa Sülh Fondunu 5 milyard avro artırmaqla Ukraynaya hərbi yardım fondunun yaradılmasını nəhayət təsdiq edəcəyik”, – diplomat bildirib.
Borrel bildirib ki, Kiyevə yeni yardımın təsdiqlənəcəyi xarici işlər nazirlərinin iclasında ABŞ dövlət katibi Antoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba videobağlantı vasitəsilə iştirak edəcəklər.
Mənbə: Haber Global